Ermənistan azərbaycanlı əsir Rafiq Həsənovu geri qaytardı
7 Aprel 2010 12:43
Bu barədə Milli.Az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov bildirib.
Xatırladaq ki, Rafiq Həsənov 8 oktyabr 2008-ci ildə qoşunların təmas xəttində, Qazax rayonunun Kəmərli kəndində əsir götürülüb. Rafiq Həsənovdan başqa, 2009-cu il mayın 10-da cəbhənin Füzuli istiqamətində əsir götürülmüş əsgər Anar Hacıyev və 2009-cu ilin dekabrında Tovuz rayonunda girov götürülmüş Eldar Tağıyev Ermənistan tərəfində saxlanılır.
Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş azərbaycanlı vətəndaşların meyitləri isə aprelin 3-ü saat 12:00-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Azərbaycan tərəfinə təhvil verilib.
Milli.Az