Əmr-be-mərufun ən aşağı dərəcəsi hansıdır?

10 Yanvar 2019 23:20

İmam Hüseyn (ə) öz mübarək hərəkatının izahında buyurur: "Dünya insanları bilsin ki, mən mal tələbində, vəzifə tələbində olan fasid və zalım biri deyiləm. Mənim belə hədəflərim yoxdur. Mənim qiyamım - islah üçün olan qiyamdır. Qiyam etməyim ona görədir ki, cəddimin ümmətini islah etmək istəyirəm. Mən əmr-be-məruf və nəhy-əz-munkər etmək istəyirəm".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Əmr-be-məruf və nəhy-əz-munkərin ən aşağı dərəcəsi - qəlblə inkar edib, pis hərəkətə qarşı daxildə ikrah yaratmaqdır. Necə ki, insanların xarab olmuş yeməyə və çirkili mühitə ikrahları vardır.

İmam Hüseyn (ə) əmr-be-məruf və nəhy-əz-munkərin bütün dərəcələrinə əməl edərdi. O, buyurardı: "Mən əmr-be-məruf və nəhy-əz-munkəri sevirəm".

Əmr-be-məruf və nəhy-əz-munkərin ən yüksək dərəcəsi - Allah yolunda şəhid olmaqdır. İmam Hüseyn (ə) də onu Allah yolunda yerinə yetirir və canını qurban verir.

Milli.Az