Nəfəs ilə xərçəngi yoxlayan bir cihaz

10 Yanvar 2019 21:45

İngiltərə alimlərinin hazırladığı yeni cihaz, xərçəng diaqnozunda biopsiyə əhəmiyyətli bir alternativ olacaq və diaqnozda görülə bilməyəcək qədər kiçik şişləri də müəyyən edə biləcək. Bu texnologiya sayəsində ildə 10 min insanın həyatının xilas ediləcəyi hesab edilir.

Deyerler.org Dövrümüzün ən əhəmiyyətli problemləri arasında iştirak edən xərçəng xəstəliyinə qarşı icra edilən işlərin ardı arxası kəsilmir. İngiltərə elm insanları, xəstələrin on dəqiqə boyunca nəfəs alıb verəcəkləri bir cihazla xərçəngi diqanoz etməyə çalışır. Cihaz, nəfəsdəki hissəcikləri analiz edərək bir neçə gün ərzində nəticə verir. Klassik üsul olan biopsiyanın nəticə verməsi üçün isə iki həftə müddət lazımdır. Bu üsul bundan əlavə, hələ heç bir diaqnozda görünməyəcək qədər kiçik şişlərin də kəşf edilə bilməsini təmin edir.

İngiltərənin Kembric Addenbruks Xəstəxanasında 1500 potensial xərçəng xəstəsi ilə sınaqları başlayan cihazın ildə on min adamın həyatını xilas etməsi gözlənilərkən, İngiltərə Sağlamlıq Nazirliyinin də ildə 245 milyon funt pulunun kassasında qalmasını təmin edəcək. Nəfəs biopsiyası əvvəl yemək borusu və mədə xərçəngi üçün sınaqdan keçiriləcək. Daha sonra işlərə böyrək, qaraciyər və pankreas xərçəngi üzərinə ediləcək olan sınaqlarla davam ediləcək.

Milli.Az