Gürcüstanda qripdən ölənlərin sayı 11 nəfərə çatıb

8 Yanvar 2019 17:54

Gürcüstanın Qori şəhərində 22 yaşlı qadın qrip virusunun ağır formasından ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, qadında əvvəllər şiş olub və o, bir neçə dəfə əməliyyat keçirib.

Qadının ölümünə "donuz qripi" adlandırılan A (H1N1) virusunun səbəb olması laboratoriya şəraitində hələ təsdiq olunmayıb.

Xatırladaq ki, Gürcüstanda "donuz qripi"ndən artıq 10 nəfər ölüb. Ölkədə A (H1N1) virusuna 158 yoluxma halı təsdiq olunub. Bu gündən etibarən Tbilisidə beş klinika 24 saatlıq iş rejiminə keçib. 

Milli.Az