Bazarı partlatdılar - 2 ölü, 10 yaralı

8 Yanvar 2019 16:40

Yəmənin cənubunda güclü partlayış baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Abyan vilayətində bazarda əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində 2 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Vilayətin yerli idarə orqanı bildirib ki, partlayış təhlükəsizlik əməkdaşı Əl-Maxfad şəhərinin mərkəzindəki bazarda olarkən baş verib.

Milli.Az