Putin ağlayan uşağı belə sakitləşdirdi - VİDEO

8 Yanvar 2019 14:19

Rusiya prezidenti Vladimir Putin xalq gəzintisi məqsədilə getdiyi Peterburqda, Petropavlovsk qalasında ağlayan uşağı sakitləşdirmək üçün avtomobilini tərk edib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, balaca qız prezidentlə şəkil çəkdirə bilmədiyi üçün ağlayıb.

Bunu görən Putin avtomobildən düşərək, onu sakitləşdirib və foto çəkdirib. Videonu "Komsomolskaya pravda" nəşrinin jurnalisti Dmitri Smirnov "Twitter" hesabında paylaşıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Путин вернулся к расплакавшейся девочке, чтобы ее успокоить