Dişlərini fırçalamayan kişilərə bəd xəbər - Yataq performansını... - FOTO

8 Yanvar 2019 11:54

Dişlərini fırçalamayan kişilərin yataqda passiv olduqları aşkarlanıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 200 mindən çox kişi arasında aparılan araşdırmaya əsasən diş əti ilə bağlı narahatlığı olanla ereksiya problemindən əziyyət çəkirlər.

Çinin Çzinan universitetində 213,076 kişi arasında aparılan araşdırmaya görə dişlərini gündə 2 dəfədən az fırçalayanlarda intim performansda geriləmə olur.

Ağız gigiyenasının zəif olması diş ətinin tez-tez qanamasına gətirib çıxarır ki, bu da sonsuzluq riskini 3 dəfəyə qədər artırır.

Həkimlər bunu damaqdakı problemlərin kişilik hormonu sayılan testosteronu azaltması ilə əlaqələndirirlər.

Dr Xincai Zhou adlı tibb eksperti açıqlamasında bildirib ki, ereksiya ilə bağlı problemi olan şəxslərin ağız gigiyenası da nəzərə alınmalıdır.

Qeyd edək ki, bu barədə məlumar "Journal of Sexual Medicine" dərgisində çap olunub.

Emin
Milli.Az