ABŞ-da öz məktəbinə hücum hazırlayan 14 yaşlı şagird saxlanılıb

9 Yanvar 2019 08:33

ABŞ-ın Napa ştatının polisi məktəbinə silahlı hücum hazırlayan 14 yaşlı məktəblini saxlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, məktəblinin evindən silahlı hücumun hazırlığını sübut edən əşyalar tapılıb.

Polisə şübhəli bilinən şəxsdən ünvanına təhdidlər alan məktəbin şagirdi müraciət edib. O həmçinin qeyd edib ki, hücumu planlaşdıran şəxs məktəbdə atışma törətmək istəyib.

Hücuma hazırlaşan şəxs polis tərəfindən saxlanılıb, digər məktəblilərin həyatı üçün təhlükə yoxdur.

Milli.Az