Dünyanın ən gözəl çimərlikləri - FOTO

10 Fevral 2019 20:09

Səyahətçi bloqqerlər dünyanın ən gözəl çimərliklərinin reytinqini hazırlayıblar. Bu məqsədlə onlar 1000-dən çox jurnalist və səyahət agentlikləri arasında sorğu keçiriblər.

Birinci yeri İonik dənizindəki Zakinf adasında yerləşən "Navacio" çimərliyi tutub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu haqda "FlightNetWork" saytı məlumat verib.

Burada bütün il boyu orta temperatur 19 dərəcə təşkil edir. Çimərlik sakitliyinə və toxunulmaz gözəlliyinə görə 10 bal üzərindən maksimim 10 bal toplayıb.

İkinci yeri Avstraliyanın Uitsandey adasında yerləşən "Whitehaven" (Bəyaz cənnət) çimərliyi tutub.

Üçüncü yeri gözə təbiətinə və şəffaf suyuna görə Filippinin Palavan adasında yerləşən "Hidden Beach" (Gizli çimərlik) tutub.

Dördüncü yerdə Braziliyanın Fernando-de-Noronya adasında yerləşən "Praia do Sancho" qərarlaşıb.

Beşinci yer möcüzəvi bəyaz qumuna gorə Meksikanın "Tulum Beach" çimərliyi tutub.

Altıncı yer Atlantik okeanındakı Terks və Kaykos adalarında yerləşən "Grace Bay" çimərliyinə qismət olub.

Yeddinci yeri Yamaykadakı "Seven Mile Beach" çimərliyi tutub.

Səkkizinci yerdə Seyşel adalarındakı "Anse Source D'Argent" çimərliyi qərarlaşıb.

Doqquzuncu yerdə Tailanda məxsus Pxi-Pxi adasındakı "Maya Bay" çimərliyi qərarlaşıb.

Nəhayət, onuncu yer Kubanın "Varadero" çimərliyinə qismət olub.

Milli.Az