Qadının əlindəki ucuz şarlar partladı, 4 nəfər yaralandı - VİDEO - FOTO

8 Yanvar 2019 10:02

Qadının əlindəki şarların partlaması nəticəsində mağazada yanğın baş verib.

Milli.Az Metro-ya istinadla xəbər verir ki, Hindistanın qərbində, Qucarat ştatının Rajkot şəhərində şarlar partlayışa səbəb olub. Nəticədə 4 nəfər bədən xəsarəti alıb.

Marketdə partlayışın olmasına səbəb şarların içərisinə heliumla birgə hidrogen qazının da vurulmasıdır.

Təhlükəsizlik kamerasına düşən görüntülərə görə əlində 4,5 ədəd qırmızı şar olan qadın içərisində xeyli insan olan mağazada hərəkət edərkən anidən partlayış baş verib.

Partlayışın səbəbinin şarlara doldurulan hidrogen qazının olduğu təsdiqlənib. Şarları helium əvəzinə hidrogenlə doldurmaq daha ucuz başa gəlir.

Qeyd edək ki, hidrogen qazı D.İ. Mendeleyevin dövri cədvəl sistemində 1-ci elementdir. Nisbi şəraitdə rəngsiz, qoxusuz, qeyri-metal, dadsız, asan yanan, havadan 14.5 dəfə yüngül, suda pis həll olan və H2 molekullarından ibarət qazdır. Helium ilə hidrogen elementləri qarışdırıldıqda partlayışa səbəb olacaq qədər çox təhlükəlidir.

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qadının əlindəki ucuz şarlar partladı, 4 nəfər yaralandı