Tanınmış psixoloqdan sevgililərlə dəyərli məsləhət - Sevginizi başqasının düşüncəsiylə məhv etməyin!

7 Yanvar 2019 14:36

Bəzən cütlüklərin sevərək ayrılmağına səbəb kənar şəxslərin müdaxiləsi, qoyulan qadağalardır.

Milli.Az xəbər verir ki, bunu tanınmış psixoloq Aytən Ələkbərova bildirib.

Ərköyün uşaqlar, qaynana-gəlin "düyünü" və boşanmalar - PSİXOLOQ DANIŞIR

Onun sözlərinə görə, küsülü vaxtlardan digər qohumların kənardan verdikləri məsləhətlər hər zaman işin xeyrinə olmur: "Bir təsəvvür edək: istər oğlan, istərsə də qız bir yaxınına deyir ki, sevgilimlə küsüşmüşük. Dərhal verilən cavab "bir az süründür, qoy ağlı başına gəlsin" olur. Və ya oğlan anası "ya mən, ya o", qız anası isə "nə qədər həyatında o var, sən elə belə də gözüyaşlı olacaqsan" və s. deyir. Bütün bu müdaxilələrdə hər kəs şüuraltı olaraq öz sevgisinin uğurlu olub-olmamasının cavabını verir və heç kim qarşısındakı cütlüyün nə çəkdiyini düşünmədən hərəkətə keçir.

Ona görə də unutmayın ki, iki sevən insan küsülü olsa da, bir-birilərinə lazım olan bir şəkli bəyənərək də göndərib "hələ də səni sevirəm" deyir.

Düşünürsüz ki, unudulub. Əsla! İstər yaxşı, istərsə də sizi incidəcək məqamı xatırlayırsızsa, deməli, hələ də bərabərsiz, unudulmamısız.

Daha da çox əziyyət çəkirsizsə, onda psixoloq köməyinizə çatar. Yetər ki, həyatınızı və sevginizi başqa birinin düşüncəsiylə məhv etməyin!"

Zərif Nisə
Milli.Az