Tramp: "Onlar da, biz də görüşmək istəyirik, görək nə alınacaq"

7 Yanvar 2019 07:28

ABŞ Donald Trampla Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla ikinci görüşün yeri barədə danışıqlar aparır. Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Tramp jurnalistlərə açıqlamasında deyib.

"Biz mümkün görüş yeri barədə danışırıq, ehtimal ki, yaxın vaxtda bəyan edəcəyik. Onlar da, biz də görüşmək istəyirik, görək nə alınacaq. Ancaq sanksiyalar qüvvədədir. Amma bizim Şimali Koreya ilə işlərimiz yaxşı gedir", - Tramp bildirib.

Milli.Az