Dünyanın ən yaxşı pəhrizinin adı açıqlandı

7 Yanvar 2019 23:51

Dieotologiya sahəsində işləyən amerikalı həkimlər və mütəxəssislər 2019-cu il üçün ən yaxşı qida rasionunu seçiblər.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, reytinq "U.S. News & World Report" jurnalında dərc edilib.

Ekspertlər bir neçə parametr üzrə 40-dan çox məşhur qida rasionunu dəyərləndiriblər. Məlum olub ki, ən optimal variant Aralıq dənizi pəhrizidir.
Bu qidalanma növü çəkini aşağı salır və ürək-damar sistemi xəstəlikləri, diabet riskini azaldır. Bundan başqa, Aralıq dənizi pəhrizi təhlükəsiz və sağlam qidalanma üçün vacib olan elementləri özündə birləşdirən rasiondur.

Aralıq dənizi qidalanması təzə meyvə və tərəvəz, paxla,  qoz-fındıq taxıl bitkilərindən hazırlanan qidaları ehtiva edir. Eyni zamanda qırmızı ət qəbulunu azaltmaq və əvəzinə rasiona balıq və dəniz məhsulları əlavə etmək məsləhət görülür.

İkinci yerdə isə DASH pəhrizidir. Bu pəhriz hipertoniyanı bitirmək üçün pəhriz yanaşması deməkdir. Ekspertlərin fikrinə əsasən, orqanizmin ümumi sağlamlığı üçün effektivdir. Qan təzyiqini stabilləşdirir, mədə-bağırsaq traktını təmizləyir. Bu pəhrizə əsasən, tərkibində duz olan qidalardan tam imtina və ya qismən imtina edilməlidir. Əvəzinə isə tərkibində natrium olan qidalar rasiona əlavə edilir.

Bundan başqa mütəxəssislər fleksitarianlığın da faydasını qeyd ediblər. Bu pəhrizdə isə qidada ət məhsullarından çox nadir hallarda istifadə edilir.

Milli.Az