Ayın Əqrəb bürcündə olması dini anlamda hər hansı mənanı verirmi?

8 Yanvar 2019 21:15

Günəş və Ay səmada öz orbitləri üzrə hərəkət edir və bu hərəkət zamanı insanlar tərəfindən bürclər adlandırılan ulduz topalarının Yerdən görünmə dairəsinə daxil olurlar. Bu zaman deyirlər ki, Günəş və ya Ay filan bürcə girdi.

Milli.Az islam.az-a istinadən bildirir ki, Ay bir ay ərzində 12 bürcün hamısını "gəzir" və hər birində 2 sutkadan çox, 3 sutkadan az qalır. Ayın hər hansı bürcə daxil olmasının və həmin bürcdən çıxmasının dəqiq vaxtını astronomik cədvəllərdən öyrənmək olar. Ayın Əqrəb bürcündə olması ilə bağlı bəzi dini mətnlərdə tövsiyələr verilmişdir. Belə ki, Ay Əqrəb bürcündə olduğu zamanlarda kəbin kəsdirmək, toy etmək, mühüm səfərlərə çıxmaq məsləhət görülmür. Qeyd edək ki, bunları etmək tövsiyə olunur, vacib deyil. Ayın Əqrəb bürcündə olduğu günlərlə bağlı bu tövsiyələr İslam alimləri tərəfindən birmənalı qarşılanmır, bəziləri bunları qəbul edir, bəziləri isə etibarsız sayırlar.

Milli.Az