Sumqayıtda avtomobil oğrusu saxlanılıb

5 Yanvar 2019 21:16

Sumqayıtda 4 avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində 4 avtomobildən pul, akkumulyator, maqnitofon və ətir oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Abdul Məmmədov saxlanılıb.

Milli.Az