"Benfika" başsız qaldı

4 Yanvar 2019 15:32

Portuqaliyanın "Benfika" klubu baş məşqçisi Rui Vitoriya ilə yollarını ayırıb.

Milli.Az xəbər verir ki, uğursuz çıxış 48 yaşlı mütəxəssisin qovulmasına səbəb olub.

Qeyd edək ki, Rui Vitoriya 2015-ci ildən çalışdırdığı "Benfika"nı iki dəfə Portuqaliya çempionu etmişdi.

Milli.Az