Ən təhlükəli smartfonların REYTİNQİ

5 Yanvar 2019 08:31

ABŞ-ın Rabitə Federal Agentliyinin analitikləri dünyada ən təhlükəli smartfonların reytinqini tərtib ediblər. Bu zaman cihazların insana zərərli təsirinin miqdarını göstərən SAR (specific absorption rate) şüalanma dərəcəsinə xüsusi önəm verilib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Google Pixel 3 XL" ən təhlükəli smartfon elan edilib. Məlum olub ki, bu modeldə şüalanma göstəricisi 1,52 Vatt/kq, bədən və baş nahiyəsi üçün isə 1,35 Vatt/kq təşkil edir.
 
"Google" şirkətinin istehsalı olan "Pixel 3" smartfonu isə ikinci yerdə qərarlaşıb. Bu modelin göstəricisi 1,34 Vatt/kq-dır. Təhlükəli cihazların ilk beşliyində, həmçinin "One Plus", "LG V40", "iPhone XS Max" və "XS" smartfonları yerləşiblər.

Milli.Az