"Nəfəs" serialdan gedir? - FOTO

4 Yanvar 2019 19:57

"Sen Anlat Karadeniz"lə ulduzu parıldayan İrem Helvacıoğlunun serialdan gedəcəyi barədə xəbərlər yayılıb. Buna səbəb ekran işinin baş prodüseri ilə aktrisa arasında yaranan gərginlik olub.

Belə ki, İremin Yeni il günü İnstaqram-da paylaşdığı status qarşı tərəfi özündən çıxarıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aktrisa "O səs"in Yeni il çəkilişlərində iştirak etməsinə baxmayaraq həmin kadrların efirə getməməsini istəyib: ""O ses Türkiye"nin Yeni il gecəsinə özəl bölümünün çəkilişlərində iştirak etdim. İlk dəfə səhnəyə çıxaraq mahnı oxudum, əyləndim və zövq aldım. Sizin də bəyənəcəyinizi düşündüm. Amma yarışmada mənə aid olan səhnələrin çıxarılması barədə təşkilatçılardan xahiş etdim. Çünki "Sen Anlat Karadeniz"i ərsəyə gətirən şirkət canlandırdığım Nəfəs obrazının imicini qorunması üçün belə addım atmağımı istədi".

Bundan sonra layihənin baş prosüderi Osman Sınav mövzu barədə açıqlama verib. "Sosial mediadakı paylaşımında prodüserindən üçüncü şəxs kimi bəhs edən Helvaçıoğlu "O səs Türkiyə"yə bizdən icazə almadan gedib. Meneceri şirkətə zəng vuraraq serialın mahnılarından birini oxumağı üçün icazə istədi. Dedim ki, mahnıdan əvvəl kanala müraciət edin, görün icazə verirlər? Kanal icazə vermədi, amma buna baxmayaraq çəkilişlərdə iştirak etdi. Aramızda bağlanan müqaviləyə əsasən özünə və TV 8-ə xəbərdarlıq yollardıq",- O.Sınav əlavə edib.

Milli.Az