Gəlincik özündən 4 dəfə böyük qurbanını öldürdü - FOTO

12 Yanvar 2019 23:01

Gəlincik kiçik yırtıcı olsa da, çox sürətli, çevik və hiyləgərdir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, fotoqraf Skott Haniman İngiltərənin Petrşir qraflığındakı Dankeld yaxınlığındakı meşəlikdə gəlinciyin ovunun şahidi olub.

Erkək gəlincik özündən dörd dəfə böyük dovşanı haqlayaraq boğub, öldürüb və yuvasına aparıb.

Dandi sakini, 52 yaşlı Hanimanın dediyinə görə, gəlinciklə dovşanın mübarizəsi 15 dəqiqə davam edib.

Milli.Az