Konqoda Ebola virusuna yoluxanların sayı 602 nəfərə çatıb

3 Yanvar 2019 08:28

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 602 nəfər çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Konqonun səhiyyə nazirliyinin "Twitter" səhifəsində bildirilir.

Nazirliyin məlumatında deyilir: "Çərşənbə axşamı, 2019-cu il yanvarın 1-i üçün vəziyyət: 602 yoluxma halı, 558-i təsdiqlənib, 48-i isə mümkün. Virusun yayılması nəticəsində 366 nəfər həlak olub, 205 nəfər müalicə edilib, 54 şübhəli hal araşdırılır".

Bildirilir ki, avqustun 8-dən ölkədə 53917 nəfər vaksiyasiyadan keçib.

Milli.Az