Türkiyə çempionatı: "Bursaspor" darmadağın etdi

1 Oktyabr 2011 09:44
Ötən gün Türkiyə Superliqasında V turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, turun açılış matçı Bursada baş tutub.

Öz meydanında "Gənclərbirliyi"ni qəbul edən "Bursaspor" rəqibinə aman verməyib.

İlk hissədə bir qol vuran meydan sahibləri fasilədən sonra daha 3 dəfə fərqlənərək rəqibi darmadağın edib - 4:0.

Qeyd edək ki, turun qalan görüşləri isə bu axşam və sabah keçiriləcək.


30 sentyabr

"Bursaspor" - "Gənclərbirliyi" - 4:0
Qollar: İpek, 44 (1:0), Stefanov, 68 (2:0), 72 (3:0), Bahadır, 83 (4:0)

1 oktyabr

"Karabükspor" - "Orduspor"

"Fənərbaxça" - "İstanbul BB"

"Antalyaspor" - "Sivasspor"

2 oktyabr

"Samsunspor" - "Manisaspor"

"Ankaragücü" - "Qalatasaray"

"Eskişehirspor" - "Trabzonspor"

"Kayserispor" - "Mersin İdmanyurdu"

3 oktyabr

"Qaziantepspor" - "Beşiktaş"

Milli.Az