Səudiyyə Ərəbistanı öldürülən jurnalistlə bağlı epizodu verilişdən sildirdi

2 Yanvar 2019 09:57

Dünyanın ən məşhur şirkətlərindən olan "Netflix"in çəkdiyi verilişlərin birindən Səudiyyə Ərəbistanı ilə bağlı seriya saytdan çıxarılıb.

Milli.Az bildirir ki, bu barədə məlumatı "Financial Times" yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı Rabitə və İnformasiya Texnologiyaları Komissiyası "Patriotic Act"dakı bəzi ifadələrlə bağlı "Netflix"ə müraciət edib. Müraciətdən sonra Hasan Minhajın səsləndirdiyi fikirlər silinib.

Qeyd edək ki, həmin epizodda Səudiyyə Ərəbistanı Yəmən müharibəsinə və İstanbulda öldürülən jurnalist Camal Haşoqqiyə görə qınanılıb.

Bəxtiyar Umarlı
Milli.Az