Teleqram İranın təhlükəsizliyinə təhdiddir - General Cəlali

1 Yanvar 2019 20:09

Xarici ölkələrin yaratdığı mesajlaşma tətbiqləri siyasi, iqtisadi və mədəni baxımdan təhlükəlidir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri İran Mülki Müdafiə İdarəsinin rəhbəri Qulamrza Cəlali deyib.

"Xüsusən Teleqram şəbəkəsi İranın milli təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Biz yerli mesajlaşma tətbiqlərinin əhali arasında daha çox yayılmasına, istifadəsinə çalışmalıyıq", - general bildirib.

Milli.Az