Mançester şəhərinin "Viktoriya" dəmir yolu stansiyasında kişi bıçaqla insanlara hücum edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Mançester şəhərinin nəqliyyat polisinin "Twitter" səhifəsində bildirilir: "Biz Viktoriya stansiyasında baş verən insidenti araşdırmağa davam edirik. Hazırda stansiya bağlıdır. Hadisə yerində polislər işləyir, bir nəfər saxlanılıb".
Qeyd edilir ki, hücum edən şəxs stansiyada 3 nəfəri yaralayıb.
KİV-lərinə məlumatına əsasən, yaralananlar bir mülki kişi, bir qadın və polis əməkdaşıdır.
Milli.Az