Azərbaycanlı ekstrasensdən ŞOK PROQNOZLAR: "Röya, Namiq, Damla..." - FOTO

30 Dekabr 2018 18:32

Milli.Az Azərbaycan və Rusiyanın Parapsixoloq və Ekstrasensi Etibar Nəsibovun Day.Az-a müsahibəsii təqdim edir:

- Etibar bəy, Moskvada fəaliyyət göstərirsiniz. Sizi vətəndə görmək xoş oldu. Necəsiniz?

- Şükür Allaha yaxşıyıq. Allah bütün işlərimizi avand eləsin. Çox sağ olun ki, məni dəvət etdiniz. Sizə minnətdarlığımı bildirirəm.  İlk öncə hər kəsi salamlayıram. Sizin və oxuyucuların qarşıdan gələn Yeni İl bayramını təbik edirəm. 2019-cu il xalqımıza əminamanlıq gətirsin. 

- Etibar bəy,  sizinlə cadu haqqında danışmaq istərdim. Maraqlıdır ki,  ən təhlükəli cadu növü hansıdır?

- Hamımıza məlumdur ki, Allah bizə səma vasitəsi ilə 4 müqəddəs kitab nazil edib. Bildiyiniz kimi bizə 3-ü gəlib çatıb, biri isə Allahın əmri ilə qeybə çəkilib. Cadunun mənbəyi çox qədim tarixə gəlib çıxır. Belə ki, Məhəmməd  peyğəmbər (s.s) dövründən də əvvələ təsadüf edir. Hətta bizim eradan əvvəl yeddi min ildən də öncə deyərdim. Cadu lənətlənmiş bir hissdir. Nə Tövrat, nə də İncildə və s. təsdiqini tapmamışdır. Cadunun 3 növü var. Deyilənə görə, ən böyük cadu xristian cadusudur.  Amma düşünürəm ki, cadunun dini olmaz. Cadunun kökü Hindistan və Romadan gəlir. Buna "Qara magiya" deyirlər. Cadu həm elmi, həm də dini  baxımından lənətlənmiş bir hissdir. 

-  2019-cu ilə saylı günlər qalıb. Gələn il Azərbaycan şou-biznesini nələr gözləyir?

- 2019-cu ildə şou-biznesdə bədbəxt hadisələr baş verəcək. Belə ki, dörd sənətçinin adını çəkmək istəyirəm. Ən çox problem isə  Röya Ayxanın həyatında  olacaq. 2019-cu ilin əvvəli səhhətində ciddi problemlər yaşayacaq. Namiq Qaraçuxurlunun isə uğurları daha çox olacaq. Bu isə iyun ayına qədər davam edəcək. Ona cadu çox edirlər, başı bəlalıdır. Ruzi-bərəkətə gəlincə  iyuldan sonra daha yaxşı olacaq. 3-cü xəbərim isə  Damla ilə bağlıdır. Onun  perspektivi  3 il davam edəcək. İlin 6 ayı bir az sıxıntı yaşayacaq. Altı  aydan sonra uğurları yenidən davam edəcək. Şəxsi həyatı barədə isə danışmaq istmirəm. Dördüncü praqnozum isə  xalq artisti  Faiq Ağayevlə bağlıdır. Gözəl sənətkardır,  Allah canını sağ eləsin.  O, dahi sənətkarlar kimi şou aləmindən getmək,  iki ildən sonra müğənnilikdən uzaqlaşmaq   istəyir. Şou aləmində qalıb,  özünü məmur, millət vəkili kimi görmək istəyir. Onun öz duyğuları var. 

- "Qara magiya" ilə məşğul olanlar haqda nə deyə bilərsiniz?

- Onlar insanların həyatı ilə oynayırlar. İnsanların həyatı naminə pislik edirlər. Cadu daha çox saf insanları tutur. Amma qarşını bir neçə  surə vasitəsi ilə almaq mümkündür. 

- "Qara magiya" insanı öldürə bilərmi?

- Ölüm Allaha məxsusdur. Bəziləri deyir ki, cadu insanı öldürür. Mən bununla razı deyiləm. Amma biz   ölümü təxmini görə bilirik. 

- Bəzi falçılar onlara mələklərin kömək etdiyini iddia edirlər. Buna münasibətiniz necədi?

- Ümumiyyətlə,  vergi iki qrupa bölünür. İlhahi vergi, cinlər tərəfindən verilən vergi. İlahi vergi,  imamların (ə) ruhları vasitəsi ilə verilən haqq vergisidir. Kliniki ölümdü, onlar 4 ay yatıb,  qalxırlar. 

Cinlərin özünün də 12 növü var. Altısı xeyirxah cin, altısı isə bəd cinlərdir. Cinləri də Allah yaradıb. Sadəcə onlar qrupa bölünür. Onlar bizə kölgə və səs vasitəsi ilə məlum olur. Elə sirrlər var ki, onları ictimayyiətə açıqlamaq olmaz! Onu açıqlasam səhhətimdə problemlər ola bilər. Yatdığm yerdə mənə problem yarada bilərlər. 

- Sizə müraciət edənlər çoxdur. İstənilən insanı qəbul edərək onun istəyini reallaşdırırsınızmı?

- Qısaca deyim ki, insanlar müxtəlif  olurlar. O, baxır hansı məqsədlə mənə müraciət edir. Əgər məqsədi pis olarsa, onu dərhal otaqdan çıxarıram.

- İnsanın altıncı hissi deyilən bir qüvvə var. Bunun necə izah edə bilərsiz?

- Altıncı hiss  hər bir insan yarandıqda ona verilir. Amma qeyri-adi qüvvə mində bir insanda olur. Altıncı qüvvə İlahi qüvvəsidir. Elə şeylər var ki, danışdıqca sirri açılır (gülür). 

- Ekstrasenslik Allah vergisidir. Bu vergi Allahın istədiyi vaxt insanda oyanır? Və bu insana veriləndə nələr baş verir?

- Çox gözəl sual verdiniz. Əgər ilahi vergi varsa, o, xəstəlik yolu ilə gəlir. İstənilən an gələ bilər. Misal üçün oturduğun yerdə qüvvə gələ bilər, yıxılarsan. Amma bunu adi xəstəliklə səhv salmaq olmaz. Bu fenomen kimidir. Gəldisə bir aydan sonra insanların fikrini oxumağa başlayırsan,  40 gün ərzində tam formalaşır.  

- Bəs, ailə üzvləri arasında ekstrasens varmı?

- Xeyr, ektrasens  yoxdur. Ümumiyyətlə, ailəmdə, nəslimdə mənim kimisi olmayıb. Amma ana tərəfdən ağır seyidlər olub. 

- Sizin fikrinizcə başqa planetdə insan və ya yadplanetli varmı?

- Əlbəttə ki, var. Onlar bizim planetə də tez-tez gəlirlər. Yad planetlilər Allaha (c.c) yaxın olan canlılardır. Onlar Allahla insan arasında bir növ vəhdət hüququ daşıyır. 

Orda bəzi detallar var ki, onları açıqlasaq bizi incidərlər. Mən bir nəfərlə görüşdüm, onu yad planetli aparıb. 

- Yad planetlilərin insana və yer planetinə  ziyanı dəyə bilərmi?

- Bu heç vaxt ola bilməz. Onlar bizə ziyan vura bilməzlər. İnsanı aparanda da beynindən istifadə edirlər. İnsanı başqa aləmdən, başqa aləmə gətirir. 

- Bəs, geri qaytaranda insan özünü necə hiss edir?

- Həmin vaxt insan özünü dəli kimi hiss edir. Fizioloji baxımdan insanın əsəbləri natamam olur. 

- Onlar bizdən üstündürsə, nəyə görə bizim beynimizə ehtiyyacları olur?

- Elə şeylər var ki, onu sirr olaraq saxlamalıyıq. Açıqlanması qeyri-mümkündür. 

- Azərbaycandakı həmkarlarınızla münasibətiniz necədir?

- Hamısı ilə münasibətim var. 

- Zirəddin Rzayevlə necədir?

- Zirəddin bəylə də münasibətimiz yaxşıdır. Onun xətrini çox istəyirəm. Mənim bütün ekstrasenslərə hörmətim var. Onlara cansağlığı arzulayıram. Ürəyimdə kin, küdurət ola da bilməz. Paxıllıq mənim kitabımda yoxdur. Adam hörməti tapdalamaz.

- Bu işlə neçə ildir  məşğulsuz?

- 24 ildir ki, məşğul oluram.

- Bu il ərzində gözəgörünməz və qeyri-adi qüvvələr tərəfindən təhdid olunmusunuzmu?

- Əlbəttə çox olub. Mən sizə bir sirr açım, Cin Cəfər var idi, bu yaxınlarda öldü. 1200 il yaşayıb. İmam Hüseynin (ə) dövründən yaşayırdı. Bəzi ekstrasenlər var ki, onlar şər cinləri ilə işləyirlər. Hətta özləri də etiraf edirlər ki, mən pis işlərlə məşğulam. Cinlərlə işləyənlərin çoxsunun görmə qabiliyyəti zəifdir. 

- Sizcə qisməti dəyişmək mümkündürmü?

- Xeyr, qisməti dəyişmək mümkün deyil. Alın yazısı necə yazılıbsa, elə olur. Qismət heç vaxt dəyişmir. Alın yazısı 9 ay ərzində yazılır. Yaşadığı dövrdə necə olacaq, nə ilə üzüləşəcək və.s yazılır. 

- İnsanın ölümünü öncədən görə bilirsinizmi?

- Bəli.

- Bəs, həmin insana demisizmi ki, siz bu tarixdə öləcəksiz?

- Əvvələr ölümünü deyirdim, görürdüm ki, sarsılır, sıxılır. Amma indi demirəm. Yaxın bir adamını çağırıb,  deyirəm ki, get hazırlığını gör. 

- İnsan cadu olunduğunu necə hiss edə bilər?

- Bəzi insanlar cadu ilə nəzəri səhv salırlar. Cadu insana dəyən zaman birinci baş gicəllənmə verir. Əgər cadugar hansı tərəfdən vurursa, o hissədən bilinir. 

- Sizə müraciət edənlərə hansı yollarla kömək edirsiniz?

- Dualar oxuyub, göstərişlər verirəm. 

- Boşanma ərəfəsində olan ailəni yenidən barışdırmısızmı?

- Bəli, çox olub. 

- Etibar bəyin, gələcək hədəfləri nədən ibarətdir?

- Hədəfim insanlara xidmət etmək, dua etməkdir.

- Məşhur öncə görən Vanqanın 2019-la bağlı praqnozları sizcə baş verəcəkmi?

- Ümumiyyətlə, 95 il ərzində dünyanın 11 nəhəng dövləti yer üzündən silinəcək. 3-ü yumuq gözlərdən başlayacaq, ABŞ-ın 20 ştatı məhv olacaq. Bunlar  96-cı il tarixinə qədər  baş verəcək. Həm təbii fəlakətlər, həm də iqtisadi, siyasi fəlakətlər olacaq.

- Hörmətli Etibar bəy. Siz çox ətraflı və maraqlı müsahibə verdiniz. Saytımızın oxucularına son olaraq nə deyə bilərsiniz?

Oxuculara can sağlığı arzu edirəm. 2019-cu il onlara düşərli olsun. Bir daha, qarşıdan gələn Yeni İlinizi təbrik edirəm. Süfrəniz ruzi-bərəkətli olsun.

Milli.Az