Əfqanıstanda mina partlayıb, 4 qadın 2 uşaq ölüb

29 Dekabr 2018 17:14

Əfqanıstanın şimalındakı Fəryab əyalətində minanın partlaması nəticəsində 6 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölənlərdən 4-ü qadın, 2-i uşaqdır.

Daha bir qadın partlayış nəticəsində yaralanıb.

Qeyd olunur ki, partlayış qadınlardan birinin minanın üzərinə çıxmasından sonra baş verib.

Milli.Az