Panama millisinin futbolçusu Azərbaycanda oynamaqdan imtina etdi

29 Dekabr 2018 17:04

Panama milli komandasının futbolçusu Armando Polo Azərbaycan Premyer Liqasında çıxış edən klubların birindən təklif alıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, ölkəsinin "Tauro" klubundan ayrılan 28 yaşlı vinqer Salvador təmsilçisi "Sonsonate"yə transfer olub. Polo açıqlamasında Azərbaycan da təklif aldığını söyləyib: "Azərbaycan, Honduras və Misir klublarından təklif almışdım. Ancaq mən "Sonsonate"yə gəlməyi üstün tutdum. Hədəflərim var və doğru qərar verdiyimi düşünürəm".

Qeyd edək ki, Armando 2010-cu ildən Panama yığmasına dəvət alır.

Milli.Az