Dünyanın ən nadir quş növlərindən biri aşkarlandı - VİDEO

29 Dekabr 2018 08:28

Braziliyada bir neçə ay aparılan axtarışlardan sonra, nəhayət ki, planetin ən nadir quş növlərindən biri yenidən aşkar olunub.

Milli.Az "Report"a istinadən bildirir ki, Ştrezemann topakolosu (Merulaxis stresemanni) ekzotik adlı bu nadir quş növünün uzun quyruğu, orta ölçüsü və alnında xarakterik kəkili var.

Onun qeyri-adi oxumağı var. Alimlər hesab edirlər ki, dünyada bu quşlardan bir neçə fərd qalıb. Dekabrda iki dişi quşun müşahidə olunması təbiət mühafizəçilərinə onları nəsli kəsilməkdən xilas etməyin hələ də gec olmamasına ümidləndirib.

Şərqi Braziliyanın kiçik regionunda tapılan Ştrezemann topakolosuna ilk dəfə 1830-cu illərdə rast gəlinib.

Növbəti dəfə bu quş növünü yalnız XX əsrin ortalarında görüblər və sonra o, daha yarım əsr gözdən itib. Növbəti görüş 1995-ci ildə qeydə alınıb.

Milli.Az

A little haunting, this is the sound of perhaps the world's rarest bird, a female Stresemann's Bristlefront spotted last week in Brazil. We won't give up searching, but as of now, she is the last-known of her kind. (Recording by @biodiversitas) https://t.co/HLph5OVH2j pic.twitter.com/sgzUFDIP2H

- American Bird Conservancy (@ABCbirds) 24 декабря 2018 г.