Qobuda dəhşət - Ata və oğul qonşunu tüfənglə güllələdi

28 Dekabr 2018 20:44

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tural Əlizadə, onun atası Zakir Əlizadə və Xuliqanlıqda ittiham olunan babək Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovanınnın sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hökmü ilə Z.Əliyev 18 il, və T.Əlizadə isə 17 il müddətinə azadlıqdan məhrum edilib. B.Quliyev isə 2 il müddətinə islah işləri cəzasına məhkum olunub.

Qeyd edək ki, hadisə Abşeron rayonunun Qobu qəsəbəsində baş verib. 43 yaşlı Abbasov Rövşən Rafiq oğlunu "Vinçester" markalı silahla qətlə yetirən 25 yaşlı Tural Zakir oğlu Əlizadə həbs edilib. T.Əlizadə istintaqa ifadəsində bildirib ki, R.Abbasovla əvvəlcədən ədavəti olub.

Daha sonra qətlin iştirakçısı kimi T.Əlizadə onun atası Z.Əlizadə və B.Quliyev də həbs edilib.

Milli.Az