Tısın ölü külləri
30 Sentyabr 2011 22:28
Milli.Az xəbər portalı "Prague-express"ə istinadən bildirir ki, qalmaqallı sərgidə çex rəssam və bir çox performansların müəllifi Roman Tısın əsərləri nümayiş olunur.
Onun dediyinə görə, əsərlərini yaradarkən mərhumun qohumlarına verilən qablara yerləşməyən insan küllərindən istifadə edib.
"Krematorilərdə həmişə çox kül qalır. Krematorilərin işçiləri həmin küllə nə edəcəklərini bilmirlər", - Tıs deyib.
Praqadakı "Dvorak Sec Contemporary" qalereyasında keçirilən sərgi çox böyük qalmaqala səbəb olub.
Milli.Az