Gəncədə zəncirvari avtomobil qəza, xəsarət alanlar var

28 Dekabr 2018 15:34

Gəncədə zəncirvari avtomobil qəzası baş verib, xəsarət alanlar var.

Milli.Az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Üç avtomobilin toqquşması nəticəsində ilkin məlumatlara görə, 2 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıb və baş vermiş hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az