Modriçin "Real" sevgisi

28 Dekabr 2018 08:19

Luka Modriç gələcəyi ilə bağlı danşıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, xorvat karyerasını "Real"da başa vurmaq istədiyini deyib: "Karyeramın sonuna qədər "kral klubu"nda qalmaq istəyirəm. Bunun üçün yaxşı oynamalıyam. Hər zaman yaxşı oynamaq çətindir. Amma klubda qalmaq naminə bunu etməliyəm. Kluba sevgi ilə yanaşıram. "Real" əldə etdiyi böyük uğurlardan sonra indi çətin dövr yaşayır. Oyun səviyyəsini qaldırmaq vacibdir. Mənə deyirdilər ki, DÇ-2018-dən sonra Xorvatiya millisindən ayrılım. Ancaq mən qəlbimi dinlədim. Millidə çıxışlarımı davam etdirəcəyəm. Bilsəm ki, ölkəmə lazım deyiləm, gedəcəyəm".

Milli.Az