Daha bir ölkənin səfirliyi Suriyada fəaliyyətini bərpa edib

27 Dekabr 2018 19:51

Suriyada başlayan böhran səbəbindən 2012-ci ildə fəaliyyətini dayandıran Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Suriyadakı səfirliyi yenidən Dəməşqdə fəaliyyətə başlayıb.

Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, BƏƏ-nin Xarici İşlər Nazirliyinin məlumatında müvəqqəti işlər vəkilinin bu gündən artıq işinə başladığı qeyd olunub.

XİN-dən bildiriblər ki, bu addımı qardaş ölkə ilə əlaqələri əvvəlki vəziyyətə qaytarmaq istəyinin təsdiqi kimi qəbul edirlər.

BƏƏ bayrağı artıq diplomatik nümayəndəliyin Dəməşqdəki binasının üzərində dalğalanır.

Milli.Az