Hacievski Bakıya qayıtdı
7 Aprel 2010 10:48
Cənubi Kiprdə fəaliyyət göstərən makedoniyalı mütəxəssis Bakıya gəlib.
Amma Haciesvki bu dəfə Bakıya işləməyə yox, şəxsi işləri ilə əlaqədar dönüb. O, fürsətdən yararlanaraq, burdakı dostları ilə də görüşüb.
Qeyd edək ki, 2007-ci ildən ölkəmizdə çalışan Hacievski ötən ilin sentyabrında istefa verib. Bir müddət "Bakı"da prezidentin müşaviri kimi fəaliyyət göstərən makedoniyalı mütəxəssis daha sonra Cənubi Kiprin "Atromitos" klubunun baş məşqçisi təyin olunub. O, 2008-09 mövsümündə Azərbaycan Premyer Liqasının qalibi adını qazanıb.
/Fanat.az/