"Qarabağ"ın futbolçusu ölkəsinin ən yaxşıları sırasında

27 Dekabr 2018 12:08

Haitidə 2018-ci ildə ölkə xaricində fəaliyyət göstərən ən yaxşı 10 şəxsin siyahısı dərc edilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, siyahıda "Qarabağ"ın haitili müdafiəçisi Donald Gerye də yer alıb.

Münsiflər Geryeni niyə seçdiklərini bununla əlaqələndiriblər: "Azərbaycan Premyer Liqasında ikinci mövsümdür oynayan Gerye bu ölkədə 2018-ci ilin ən yaxşı əcnəbi futbolçusu seçildi. Mövsümün əvvəlində ona İtaliyadan təklif gəlsə də, futbolçu "Qarabağ"da qalmağı üstün tutdu. Mövsümün sonunda çempion oldu, ölkəyə uyğunlaşma prosesini geridə qoydu. Geryenin də avqustda yaxşı oyununun köməyi ilə "Qarabağ" növbəti dəfə Avropa Liqasının qrup mərhələsində iştirak hüququ qazandı".

Qeyd edək ki, Gerye 2017-ci ilin yayından "Qarabağ"da çıxış edir.

Milli.Az