"Diriliş Ertuğrul"da aktrisanı qılıncla həqiqətən yaraladılar

26 Dekabr 2018 23:30

TRT-də yayımlanan "Diriliş Ertuğrul" serialında "İlbilge Hatun" obrazını canlandıran Hande Soral çəkilişlər zamanı xəsarət alıb.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, o, qılınc səhnəsində əlini kəsib. Halbuki aktrisa bu səhnələrdə uğurlu oynamaq üçün həftələrlə qılınc dərsi keçib. 

Lakin o, diqqətsizlik edərək qılınc oynanılan səhnədə rəqibinə lazım olduğundan daha artıq yaxınlaşıb və yaralanıb. Bundan sonra çəkiliş dayandırılıb.

Milli.Az