Bakıda 81 saylı marşrut üzrə yeni avtobuslar fəaliyyətə başladı - FOTO

26 Dekabr 2018 10:32

Bakıda 81 saylı (Köhnə Günəşli-Qaraçuxur) müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti yeni avtobuslarla təşkil edilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

O bildirib ki, qarşıdakı aylarda digər, xüsusən də sərnişinlərin daha çox narazı qaldığı marşrut xətləri üzrə də analoji addımlar atılacaq.

Qeyd edək ki, 64 saylı marşrut xətti üzrə də yeni avtobuslar bu gün səhər saatlarından fəaliyyətə başlayıb.

Milli.Az