Azərbaycanın daha üç idmançısı dopinqdən istifadəyə görə cəzalandırıldı

25 Dekabr 2018 14:44

Azərbaycanın daha üç idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb.

Milli.Az xəbər verir ki, Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) report-a verilən məlumata görə, velosipedçi Ramazan Əliyev 33 aylıq, ağırlıqqaldıranlar - Emin Qocayev və Rəcəb Mustafayev 48 ay müddətinə diskvalifikasiya olunub.

Bununla da AMADA tərəfindən cəzalandırılan idmançıların sayı 39-a çatıb.

Milli.Az