"Mercedes" "Oka" ilə toqquşdu, 1 ölü, 1 yaralı
7 Aprel 2010 09:51
Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Ələt - Astara yolunun 147-ci kilometrliyində "Mercedes" markalı, 10 GR 020 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək qarşıdan gələn "OKA" markalı, 15 BJ 850 dövlət nömrə nişanlı əlil avtomobilinə çırpılıb.
Nəticədə hər iki avtomobil zərbənin təsirindən yoldan çıxaraq dərəyə aşıb. "Mercedes"in sərnişini, Masallı sakini 35 yaşlı Elxan Kərimov ölüb.
"OKA" markalı avtomobilin sürücüsü, Cəlilabad rayon sakini 39 yaşlı Asif İsmayılov isə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az