Çempionlar Liqası: «Barselona» «Arsenal»ı dəfn etdi - VIDEO
7 Aprel 2010 09:55
Çempionlar Liqasının ¼ final mərhələsinin cavab oyunları keçirilib. Milli.Az sports.ru saytına istinadən xəbər verir ki, qarşılaşmaların ilk günündə növbəti mərhələyə favoritlər yüksəlib. Xüsusilə, "Barselona"-"Arsenal" qarşılaşmasını bir ulduzun - Messinin adına yazmaq olar. Kataloniyalıların argentinalı ulduzu London klubunu təkbaşına "dəfn edib". Oyunda ilk qol "Arsenal"dan gəlsə də (Bendtner), Messi "topçular"ı sözün əsl mənasında buna peşman edib. 4 qola imza atan ulduz futbolçu klubunu yarımfinala daşıyıb.
Digər qarşılaşmada "İnter" Milanda ÇSKA-nı Snayderin qolu ilə 1:0 məğlub etməklə, növbəti mərhələyə yüksəlib.
Bu gün ¼ final mərhələsində digər cavab qarşılaşmaları keçiriləcək. "Mançester Yunayted" doğma meydanında "Bavariya"nı qəbul edəcək. Xatırladaq ki, bu komandalar arasında ilk oyun almanların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Digər oyunda "Bordo" ilə "Lion" qarşılaşacaq (ilk oyun 1:3).