Partlayıcı oyuncaqların satışına qarşı mübarizə davam edir

24 Dekabr 2018 12:48

Polis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının dekabrın 22-də keçirdikləri növbəti reydlər zamanı "Sədərək" ticarət mərkəzindəki mağazalardan 5700 ədəd,  Xırdalan şəhəri ərazisində 1 köşkdən 11536 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Qeyd edək ki, buna qədər həyata keçirilən reydlər zamanı polis əməkdaşları tərəfindən onminlərlə ədəd müxtəlif çeşiddə partlayıcı oyuncaqlar və pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Pünhan Mirzə
Milli.Az