"Qorxunc vəziyyətdəyik" - Falkao

23 Dekabr 2018 12:30

"Monako"nun forvardı Radamel Falkao Fransa Liqa 1-də "Genqam"a öz meydanlarında 0:2 hesabıyla məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Milli.Az Komanda.az-a istinadən xəbər verir ki, kolumbiyalı hücumçu komandanın qorxunc vəziyyətdə olduğunu deyib:

"Bizim üçün çox pis nəticədir. Qorxunc vəizyyətdəyik. Daha çox çalışmalıyıq. Aşağı yaş qruplarından bir neçə futbolçuyla oynayırıq. Qış transfer pəncərəsi dövründə mütləq şəkildə transferlərə ehtiyacımız var".

"Monako" cari mövsümdə 19 turdan 13 xalla 20-ci sırada qərarlaşıb.

Milli.Az