Somalidəki terror aktında ölənlərin sayı 25-ə, yaralananların sayı 40 nəfərə çatıb - VİDEO - FOTO

22 Dekabr 2018 19:41

Somalidə törədilmiş terror aktında ölənlərin sayı 25 nəfərə çatıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Dalsan TV-nin "Twitter" səhifəsində bildirilir.

Qeyd edilir ki, ölənlər arasında jurnalistlər də var. Partlayışlar zamanı həmçinin 40 nəfər yaralanıb.

DPA agentliyi hadisənin Moqadişoda, Milli Teatrın binası yaxınlığında baş verməsi barədə məlumat yayıb. İki avtomobilə yerləşdirilmiş bombaların partlamasına görə məsuliyyəti, "Aş-Şabab" qruplaşması üzərinə götürüb. Onların hədəfi teatrın yaxınlığındakı prezident sarayının nəzarət-buraxılış məntəqəsi olub.

Daha əvvəl partlayışlar zamanı 16 nəfərin öldüyü, 20-dən çox insanın yaralandığı bildirilirdi.  

Bildirilir ki, prezident sarayının yaxınlığında törədilən partlayış nəticəsində 16 nəfər ölüb, habelə 20-dən çox insan yaralanıb. Ölənlərdən 3-ü "Universal TV" telekanalının əməkdaşlarıdır.

Polis kapitanı Məhəmməd Hüseyn bildirib ki, hücumçuların hədəfi sarayın arxa girişinin buraxılış məntəqəsi olub. O, qeyd edib ki, yaralılar arasında Moqadişo merinin müavini də var.

Daha əvvəl partlayış nəticəsində azı 6 nəfərin həlak olduğu, daha 13 nəfərin yaralandığı bildirilir. Bu hadisədən sonra paytaxtda daha bir partlayış törədilib.

Milli.Az

At least 25 people were on Saturday morning killed and 40 injured in 2 seperate car bombings in the Somali capital #Mogadishu.
DALSAN TV's Farhiya report on the first bombing near Daljiir Dahsoon captures live sound of the second explosion that happened near the National Theatre pic.twitter.com/TM6oHS9Hmq

- DalsanTV (@DalsanTv) 22 декабря 2018 г.