İkinci dəfə evlənən azərbaycanlı aparıcı xanımı ilə EFİRƏ GƏLDİ - FOTO

22 Dekabr 2018 13:24

ATV-nin keçmiş aparıcısı Murad Əzimzadə sözügedən telekanalda yayımlanan "Zaurla Günaydın" proqramında qonaq olub.

Milli.Az xəbər verir ki, anası ilə canlı yayımda qonaq olan Muradı xanımı Müjgan da müşayiət edib.

Aparıcının xanımı ailə həyatlarının qaydasında getdiyini bildirib. O, Muradla 2014-cü ildən bir-birlərini tanıdığını bildirib.

Xatırladaq ki, bu, 8 ay əvvəl özünə toy edən Muradın ikinci evliliyidir.

Əl-ələ efirə daxil olan cütlüyün verilişdən fotolarını təqdim edirik:

Məhəmməd Vaqif
Milli.Az