İnsan taleyini həll edən himmət və iradə

1 Yanvar 2019 23:20

İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar! Şübhəsiz ki, (qiyamət günü) onun zəhməti (səyi, əməli) görünəcəkdir! Sonra da ona (zəhmətinin, əməlinin) tam əvəzi veriləcəkdir! Həqiqətən, axır dönüş sənin Rəbbinədir! (Nəcm- 39-40-41-42).

İnsanlar arasında ən geniş yayılmış fikirlərdən biri də müəyyən nöqsanlı əməllərinə bəraət qazandırmaq üçün hər şeyin Allahın istəyi ilə baş verməsi fikridir. Bu fikir hətta qeyri dini etiqada malik olan şəxslər arasında da mövcuddur. Heç bir dini etiqda sahib olamayan, heç bir dini mənbəyə əsaslanmayan bəzi insanlar Tək Allaha tetiqadlı olduğlarını iddia edir, hətta biraz da irəli gedib öz əməllərini Allaha nisbət verirlər.

Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, bu mövzu geniş şaxəli bir mövzudur. Bunu demək olar ki, insan həyatının bütün sahələrinə tətbiq etmək olar. Məsələn tənbəlin özünə bəraət qazandırması, rüşvətxorun rüşvət almasına qazandırdığı bəraət, yaxud birinin bir şey tapıb səsini çıxarmadan cibinə qoyması, sürət həddini aşmaqla diqqətsizlikdən yaranan qəzalar və sair.

Lakin qeyd etdiyimiş şərif ayələr bizə heç də belə demir. Allah Təala Qurani Kərimdə insanı öz əməl və düşüncəsinə məsul bilmiş, çəkdiyi zəhmətlər müqabilində Allahdan əvəz alacağı qeyd olunmuşdur. Bu da o deməkdir ki, insan özünə məsuldur. Gördüyü hər bir işə və düşündüyü hər bir düşüncəyə cavabdehdir. Çünki insanın əldə etdiyi hər bir şey onun səyi və çabası ilə ortaya çıxır. Yəni heçbir şey səbəbsiz və öz özünə yaranmır.

Həzrəti Əli (ə) bu mətləbə toxunaraq belə buyurub:

"Hər kəsin dəyəri onun iradəsi miqdarındadır".

"Bir işi görmək istəsən son həddə iradəli ol"

Həzrət Əlinin (ə) bu dəyərli kəlimələri, oxuduğumuz Quran ayələri, o cümlədən İnsan-22. İsra-19. Leyl-4 kimi ayələr də insanın öz iradəsində ixtiyar sahibi olduğunu, öz əməllərinə, sözünə, düşüncəsinə məsul olduğunu təsdiq edir.

Qurani Kərimə əsasən insan həm fərdi düşüncəsinə, həm də içtimai rəftarına məsuldur. Çünki ol ağıl sahibidir. Allah Təalanın ona bəxş etdiyi ağıl işığında fikir və əqidəsini formalaşdırmalı, əqidəsini əks etdirən əməllərini ağıl işığında tənzimləməlidir.

Milli.Az