Prezident İlham Əliyev Estoniyaya gəlib
6 Aprel 2010 23:52
Azərbaycanın və Estoniyanın dövlət bayraqları ilə bəzədilmiş Tallinnin Lennart Meri adına Beynəlxalq hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Estoniyanın yüksək vəzifəli rəsmi şəxsləri böyük hörmət və ehtiramla qarşılayıblar.
Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olunub.
/AzərTAc/