“WhatsApp”da qrup zəngləri sadələşdi

22 Dekabr 2018 16:49

"WhatsApp" messencerinin tərtibatçıları "iOS" sistemində qrup videozənglərinin yaradılması prosesini sadələşdiriblər.

Milli.Az "ICTnews"a istinadən xəbər verir ki, əvvəllər istifadəçilər təkbətək formatda ünsiyyətə başlamalı idi və yalnız bundan sonra digər iştirakçıları dəvət etmək imkanı əlçatan olurdu. İndi isə bir neçə toxunuşla bir neçə iştirakçıdan ibarət videoçat yaratmaq mümkündür.

Belə ki, "zənglər" (Calls) bölməsinə daxil olan istifadəçilər yuxarı hissədə sağ küncdəki yeni ikonkaya sıxa, zəng etmək lazım olan kontaktları və rabitə üsulunu (səsli və ya videoçat) seçə bilərlər. Ancaq videoçatda əvvəlki kimi eyni zamanda ən çox 4 istifadəçi iştirak edə bilər.

"WhatsApp" messencerinin yeni versiyası "iPhone" sahibləri üçün artıq əlçatandır. Messencerin "Android" üçün versiyasında da videozəng funksiyası tezliklə təkmilləşdiriləcək.

Milli.Az