Millimizə 3 qol vuran futbolçu ilin ən yaxşısı oldu

21 Dekabr 2018 18:04

Kosovoda 2018-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Hollandiyanın "Herenven" klubunda çıxış edən Arber Zeneli bu ada layiq görülüb.

Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi Millətlər Liqasının qrup mərhələsinin son turunda yığmamızla  həlledici görüşdə (4:0) het-trik edib. Bu qələbə ilə Kosovo pley-offa yüksəlib.

Milli.Az