Dilarə Əliyevadan “Söhbət var” - VİDEO - FOTO

21 Dekabr 2018 11:58

Mövsümə olduqca iddialı başlayan və tamaşaçılar tərəfindən olduqca sevilən layihələrə imza atan ARB telekanalı yeni proqrama start verir. 

Belə ki, 29 dekabrdan etibarən hər həftənin şənbə günü saat 20:00-da tanınmış aktrisa Dilarə Əliyeva ARB TV-nin izləyicilərinə "Söhbət var" deyəcək.

Qeyd edək ki, Dilarə Əliyeva ARB-də yayımlanan "Baldız" serialının baş rolunda yer alır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Dilarə Əliyevadan "Söhbət var"