Məşhur serialda Azərbaycan musiqisi - VİDEO

21 Dekabr 2018 10:50

Show TV-də yayımlanan məşhur "Çarpışma" serialında Azərbaycan musiqisindən istifadə olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, reytinqli ekran işinin 5-ci bölümündə əfsanəvi müğənni Rəşid Behbudovun ilk ifaçısı olduğu, sözləri İslam Səfərli, musiqisi Andrey Babayevə məxsus "Nazəndə sevgilim" mahnısı səsləndirilib.

Serialın 37-ci dəqiqəsində Kadir (Kıvanç Tatlıtuğ) və Zeynepin (Elçin Sangu) uşaqlıq illəri xatırlanır və ifa təqdim olunur. Bundan sonra "Çarpışma"nın sonunda da sözügedən bəstə oxunmağa başlayır. Layihədə "Nazəndə sevgilim"i türkiyəli müğənni Dilek Türkan oxuyub.

Qeyd edək ki, həmin ifanı İrem Derici, Figen Genç, Öykü Gürman kimi türk məşhurlar da repertuarına daxil edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Məşhur serialda Azərbaycan musiqisi